İyun ayının 6-10 tarixlərində Fransanın Strazburq şəhərində Azərbaycan-Ermənistan gənclərinin görüşü baş tutub.
Ucnoqta.az xəbər verir ki, görüş Fransa və Almaniyanın təşəbbüsü ilə Aİ Şərq Tərəfdaşlığı çərçivəsində həyata keçirilib.
Gənclər arasında keçirilən görüşün məqsədi iki ölkə arasında sülh prosesini müzakirə etmək, eləcə də iki ölkənin cəmiyyətləri arasında dialoqları təmin etmək olub.
Görüşün məqsədəuyğun, səmərəli ola bilməsi üçün ictimaiyyətdən gizli saxlanıldığı qeyd edilib.