Bakıda “Porsche” 17 yaşlı gənci vuraraq öldürdü - FOTO

00:23 - 14 İyun 2022 - HADİSƏ

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə Yasamal rayonu Məhəmməd Xiyabanı küçəsində baş verib.

Piyada keçidindən keçən 2005-ci il təvəllüdlü Səlimov Məhəmməd Mehman oğlunu “Porche” markalı avtomobili idarə edən Ağazadə Çingiz Əkrəm oğlu vurub. Piyada hadisə yerində ölüb. Sürücü polislər tərəfindən saxlanılıb.///apa


Xəbər xətti