Göygöldə avtomobil aşdı - xəsarət alanlar var

20:47 - 13 İyun 2022 - HADİSƏ

Göygöldə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayonun Toğanalı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti