Venesuelada meymunçiçəyi xəstəliyinə ilk yoluxma faktı qeydə alınıb.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi "Twitter" hesabında məlumat yayıb.
Qeyd olunur ki, ölkədə xəstəliyə yoluxmuş ilk insan Venesuelaya İspaniyadan gəlib. O, həmin ölkədə, xəstəliyə yoluxmuş iki nəfərlə təmasda olub.
Qurumun bildirdiyinə görə, hazırda yoluxmuş şəxs karantinə alınıb. Onu vəziyyəti stabil qiymətləndirilir.