Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı

11:47 - 13 İyun 2022 - Xəbər

Bakı-Şamaxı yolunda şagirdlərin olduğu avtobusun qəzaya uğraması ilə bağlı Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət işi başlanıb.

Trend-in məlumatına görə, hazırda cinayət işi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, iyunun 12-si saat 22:50 radələrində Bakı-Şamaxı yolunun 108-ci kilometrliyində Pərviz Quliyevin idarə etdiyi “Mercedes-Benz” markalı avtobus idarəetməni itirərək qəza törədib.

Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Xəbər xətti