Azərbaycan Ordusunda snayperlərin təlimi keçirilir - VİDEO

11:07 - 13 İyun 2022 - Cəmiyyət

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda snayperlərin peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilir.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Xəbərə görə, təlim zamanı snayperlər gecə və gündüz vaxtı atəş mövqeyinin seçilməsi, fərdi və qrup şəklində müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi, eləcə də digər mövzular üzrə qarşıya qoyulan tapşırıqları icra edirlər.

Xəbər xətti