Məktəblilərin qəzaya düşdüyü avtobusun görüntüləri - VİDEO

08:52 - 13 İyun 2022 - Cəmiyyət

Dünən Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakının Günəşli massivində yerləşən 279 nömrəli məktəbin müəllim və şagird heyəti olduğu avtobus qəzaya düşüb. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Onlardan 10-u Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.
Vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib.

​Baku TV hadisə yerindən yeni görüntülər əldə edib. 

Həmin görüntüləri təqdim edirik:

Xəbər xətti