"Qarabağ münaqişəsinin həlli perspektivləri kifayət qədər qeyri-müəyyəndir."
Ucnoqta.az xəbər verir ki, bunu erməni mətbuatına açıqlamasında ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirov deyib.
Onun sözlərinə görə, hər iki tərəfdən müsbət addımlar planlaşdırılır: "Həm Ermənistandan, həm Azərbaycandan və gələcəkdə çox güman ki, Türkiyə də qoşulacaq.
“Ancaq bunun kimi müsbət cəhətləri o qədər də çox deyil. Amma kifayət qədər neqativlər var ki, onlar da Azərbaycandandır. Siz özünüz də bir neçə qanun pozuntusunu bilirsiniz, açıq-aydın Ermənistan ərazisinə, Ermənistan Respublikasının ərazisinə çıxmaq cəhdini və sairəni unutmadınız”, - diplomat vurğulayıb.
Vladimir Kazimirov bununla bağlı əsas fikrini təkrarladı ki, Qarabağ münaqişəsi ilə bağlı istənilən söhbət Azərbaycanın hələ də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyən bir tərəf kimi davranışının pislənməsi ilə başlamalıdır.