Minik avtomobili mikroavtobusla toqquşub

20:21 - 12 İyun 2022 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində “Hyundai” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti