Azərbaycanda tanınmış müəllim vəfat etdi - Foto

17:41 - 12 İyun 2022 - HADİSƏ

Uzun illərdir Azərbaycanda pedoqoji fəaliyyət göstərən türkiyəli müəllim Aziz Çankaya vəfat edib.

2012-ci ildən Bakı Ali Neft Məktəbində İngilis dili və Humanitar Fənlər Mərkəzinin baş müəllimi kimi fəaliyyət göstərən pedaqoq ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Aziz Çankaya 90-cı illərin əvvəllərindən Azərbaycanda fəaliyyət göstərib.

O, daha əvvəl Qafqaz Universitetində (hazırkı Bakı Mühəndislik Universiteti) müxtəlif vəzifələrdə çalışıb.

Aziz Çankaya tələbələr arasında yüksək reytinqli və sevilən müəllimlərdən biri kimi tanınıb.///qafqazinfo

Xəbər xətti