Bakıda "Opel" markalı minik avtomobili yanıb

16:35 - 12 İyun 2022 - HADİSƏ

Bakı şəhərinin Xəzər rayonunda "Opel" markalı minik avtomobilinin yük yeri yanıb.

"Ucnoqta.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti