Xaçmazda bərbərxana yanıb

09:25 - 12 İyun 2022 - HADİSƏ

Xaçmaz rayonunun Xudat şəhərində ümumi sahəsi 12 m² olan dəmir konstruksiyalı bərbərxananın içərisindəki əşyalar yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti