Özünü dənizə atan şəxs xilas edildi

00:22 - 12 İyun 2022 - HADİSƏ

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri, Sumqayıt dənizkənarı bulvarında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 m aralı, qeyri-çimərlik ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti