Gəncədə 37 yaşlı kişinin meyiti tapılıb

21:06 - 11 İyun 2022 - HADİSƏ

Gəncədə 37 yaşlı kişinin meyiti tapılıb. Ucnoqta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Abbasov Tural Sərdar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti