Bakıda qəza yollarda sıxlığa səbəb oldu - FOTO

18:02 - 11 İyun 2022 - HADİSƏ

Bakıda qəza olub, yollarda sıxlıq yaranıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisə paytaxtın Ziya Bünyadov prospekti - əsas yolda Atatürk prospekti ilə kəsişmənin yaxınlığında (körpünün enişində) metronun "Koroğlu" stansiyası istiqamətində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində sıxlıq yaranıb.


Xəbər xətti