Aktyor Elməddin Cəfərov başına gələn maraqlı hadisədən danışıb.
Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, "10-da görüşək" verilişində qonaq olan aktyor ilk avtomobili ilə bağlı xatirəsini bölüşüb:
"Fərdayla ilk dəfə maşın almışdıq. Hazırda o maşından yoxdur, 1974-ci ilin modeli idi. Getdiyimiz yerdə avtomobil altımızda partladı. Açarı yox idi, naqilləri birləşdirərək maşını işə salırdıq. Alanda demişdilər ki, avtomobili işə salanda və söndürəndə ehtiyatlı olun. Normalda maşını işə salanda partlamalıdır, bizdə əksinə oldu. Sükan arxasında Fərda idi. Soruşdum ki, nə oldu? Bir də gördüm, Fərda düşüb qaçıb, Ayna Sultanovanı keçib. Əslində isə təşvişə düşəndə qaçmaq olmur. Mən də təşvişdə idim, şüşə qaldıranı dartırdım ki, qapı açılsın. Zülmlə açıb düşdüm. İlk avtomobilim altımda partladı".