Bərdədə 17 yaşlı qızı qaçıran dörd nəfər SAXLANILDI

17:52 - 10 İyun 2022 - HADİSƏ

İyun ayının 9-da axşam radələrində Bərdə rayonunun Darğalar kəndində yaşayan 2005-ci il təvəllüdlü yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. 

Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova barəsində Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

 

Xəbər xətti