Bakının mərkəzində 9 maşın qarət olundu

14:01 - 10 İyun 2022 - HADİSƏ

Bakının mərkəzində avtomobillər qarət olunub.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, müxtəlif vaxtlarda Yasamal rayonu ərazisində ümumilikdə 9  avtomobildən -  6 “VAZ”, 1 “QAZ-21”, 1 “Chevrolet” və 1 “Renault” markalı avtomobillərdən maqnitofon, akkumulyator və güzgü oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş H.Təvəkkülov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti