Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 43,43%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Abituriyent 12 jurnalında qeyd olunub.
"Təəssüflə qeyd etmək lazımdır ki, bu il Ağsu, Daşkəsən, Astara, Göygöl, Samux, Kürdəmir, Ağdaş, Ucar, Goranboy, Şamaxı, Qobustan, Saatlı, Zərdab rayonlarının və Naftalan şəhərinin cari il məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”, - jurnalda qeyd edilib.