Cəbrayılda ağır qəza - sürücü ölüb

10:17 - 10 İyun 2022 - HADİSƏ

İyunun 9-da saat 18 radələrində Cəbrayıl rayonunun Qumlaq kəndində Zamiq Əliyevin idarə etdiyi “Niva” və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti