Bakıda bacı oğlu dayısını bıçaqladı

00:28 - 10 İyun 2022 - HADİSƏ

Bakıda 35 yaşlı kişi bıçaqlanıb. "Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Abıyev Yədulla Hüseynağa oğlu bacısı oğlu ilə (ad və soyad dəqiqləşdirilir-red) mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub. Y.Abıyevin vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti