Qala divarını yazan şəxs saxlanıldı

22:03 - 9 İyun 2022 - HADİSƏ

09 iyun 2022-ci il tarixində bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İçərişəhərin qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Zeyni Hüseynov “Qafqazinfo”ya bildirib ki, divarlara müxtəlif yazılar yazaraq tarixi abidəni korlayan şəxsin kimliyi müəyyən edilib:

"Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Qala divarını yazaraq korlayan şəxsin kimliyi müəyyən edilərək saxlanılıb.

Məlum olub ki, əməli törədən şəxs 26 yaşlı Bakı şəhər sakini S.Qurbanzadədir. Hazırda Polis İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət verilməsi təmin ediləcək”.

Xəbər xətti