Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin şərq çıxışında qeydə alınıb. Hərəkətdə olan "Opel" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında dəmir arakəsməyə çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.