Şəmkirdə fiziki və seksual xarakterli zorakılıq əməlləri ilə üzləşən Beyləqan sakini polisə müraciət edib.
Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Samir (şərti) 102-yə zəng edərək bildirib ki, Şəmkirin kəndlərindən birində tanış olduğu qadının evində olarkən orada Orxan və Xədicə adlı şəxslərin hücumuna məruz qalıb.
Həmin adamların onu döyüb mobil telefonunu əlindən aldıqlarını deyən şikayətçi əlavə edib ki, daha sonra onlar Samirə qarşı seksual xarakterli zorakılıq hərəkətləri də ediblər.
Daha sonra Şəmkir Rayon Polis Şöbəsinə gedən Samir 102-yə etdiyi şikayəti təsdiqləyərək yazılı ərizə ilə müraciət edib.
Faktla bağlı araşdırmalar aparılır.