Oğuzda traktor aşdı - Xəsarət alanlar var

09:51 - 9 İyun 2022 - HADİSƏ

Dünən axşam saatlarında Oğuz rayonu Böyük Söyüdlü kəndi ərazisində Rauf Səmədovun idarə etdiyi “Belarus 1221” markalı traktor dağlıq ərazidə yoldan çıxaraq aşıb.

Ucnoqta.az-ın Oxu.Az-a istinadən məlumatına görə, nəticədə traktorun qoşqusunda olan 5 nəfərdən 3-ü, Böyük Söyüdlü kənd sakinləri - 1994-cü il təvəllüdlü Süleyman Rüstəmov, 1973-cü il təvəllüdlü İvan Podosinnikov və 2003-cü il təvəllüdlü Osman Jasimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdirilib və vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti