Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədovun daxili işlər orqanlarında xidmət müddətinin başa çatdığı bildirilir. Məlumata görə, bu gün onun xidmət müddətinin sonuncu günüdür.
Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı "Ölkə.Az"a açıqlama verən qurum rəsmisi hazırda işinin başında olduğunu bildirib. "Hazırda işimin başındayam. Hələ ki bununla bağlı heç bir əmr verilməyib. Bir gün gələr bir gün də gedər. Onsuz da mənim getməyim barədə hər gün yazırsız. Amma hələ ki işimdəyəm. Təki hamıya belə bir xidmət nəsib olsun". Qeyd edək ki, polis polkovniki Vaqif Əsədovun işdən azad olunacağı ilə bağlı xəbəri demokrat.az saytı verib.