İntihara cəhdin qarşısı alındı

08:56 - 9 İyun 2022 - HADİSƏ

Qubada intihara cəhd hadisəsi baş verib.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, hadisə Vladimirovka kəndində qeydə alınıb.
Belə ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, kənddə 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Xəbər xətti