Gəncədə qadın özünü BIÇAQLADI

22:17 - 8 İyun 2022 - HADİSƏ

Gəncədə qadın xəsarət alıb.

Ucnoqta.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin “DOST 6” adlanan yaşayış massivində qeydə alınıb.
1986-ci il təvəllüdü İsmayılova Rəqsanə Nəsib qızı qarının kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qadının yaxınların sözlərinə görə, Rəqsanə özünə bıçaq xəsarəti yetirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti