Qubada intihara cəhd edilib.
Bu barəə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Quba rayonunun Vladimirovka kəndində bir nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.