Bakıda körpünün üstündə qəza olub - sıxlıq yarandı

16:48 - 7 İyun 2022 - Xəbər

Bakıda körpünün üstündə yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Bakıda Abdulvahab Salamzadə küçəsi - Qələbə dairəsindən gələndə - Ziya Bünyadov prospekti istiqamətində, Tbilisi prospekti kəsişməsi olan hissədə, körpünün üstündə yol nəqliyyat hadisəsi sıxlığa səbəb olub.

Baş vermiş qəza səbəbindən Qələbə dairəsində sıxlıq müşahidə olunur.

Xəbər xətti