Nəqliyyat eksperti "Formula 1" ilə bağlı vətəndaşlara müraciət etdi

14:50 - 7 İyun 2022 - AVTO

"Bakı şəhərində baş tutacaq “2022 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar aidiyyətı qurumlar vətəndaşlara dəfələrlə çağırışlar, tövsiyələr verir. Onların əksəriyyəti vətəndaşların rahatlığı, mənzil başına rahat və təhlükəsiz çatmaları ilə bağlıdır".

Ucnoqta.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Formula 1" ilə bağlı vətəndaşlara müraciət edərəkən deyib.

O bildirib ki, Dövlət Yol Polisinin əməkdaşları mütəmadi olaraq bu barədə məlumatlar verirlər, ictimai nəqliyyatın istiqaməti dəyişirsə, xəbərdarlıq edilir:

"Gündəlik şəhər ərazisində sıxlıq və tıxaclar barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən vətəndaşlara məlumatlar çatdırılır. Sistemli informasiya təminatı var. Bunu alqışlayıram".

"Bu tədbir ümumilikdə ənənəyə çevirilib. Vətəndaşların iki həftəlik təmkinli olması yaxşı olardı. Bu, ölkəmizin dünyada tanıdılması üçün səmərəli tədbirdi. Dünyada bu tədbirə əvvəlkilərdən daha böyük maraq göstərildiyini nəzərə alaraq, hərbirimiz "Formula 1" yarışlarının rahat və təhlükəsiz keçirilməsi üçün əlimizdən gələni etməliyik", - ekspert vurğulayıb.

Xəbər xətti