Tovuzda elektrik dirəyinə çırpılan avtomobil yandı

09:30 - 7 İyun 2022 - HADİSƏ

Tovuz rayonunun Qovlar şəhərində "VAZ" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çarpılıb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti