Şəmkirdə bir ailənin 6 üzvü zəhərlənib

22:47 - 6 İyun 2022 - HADİSƏ

Şəmkir rayonunda aralarında uşaqlar da olmaqla bir ailənin 6 üzvü zəhərlənib. "Report"un məlumatına görə, hadisə Seyfəli kəndində qeydə alınıb. Kənd sakinləri - 1983-cü il təvəllüdlü M.Mehdixanov, 1978-ci il təvəllüdlü K.Məmmədova, 2008-ci il təvəllüdlü Z.Mehdixanova, 2011-ci il təvəllüdlü L.Mehdixanova, 2011-ci il təvəllüdlü Y.Məmmədov və 2017-ci il təvəllüdlü C.Məmmədov zəhərləniblər. Zərərçəkənlər xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti