Bakıda qadın dərman içib özünü öldürdü

17:54 - 6 İyun 2022 - HADİSƏ

Xəzər rayonu, Binə qəsəbəsində intihar hadisəsi qeydə alınıb.

Qəsəbə sakini 40 yaşlı Sevil Zeynalova yaşadığı evdə çoxsaylı dərman həbləri qəbul edərək özünü öldürüb.

Onun hansı səbəbdən həyatına qəsd etməsi hələlik bilinmir.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.///lent.az

Xəbər xətti