Şəkidə 56 yaşlı qadın özünü asdı

10:28 - 6 İyun 2022 - HADİSƏ

Şəkidə 56 yaşlı qadın intihar edib.

APA-nın məlumatına görə, hadisə rayonun Çələbixan qəsəbəsində baş verib.

Qəsəbə sakini 1966-cı il təvəllüdlü Səidə Yusif qızı Yusifovanın meyiti yaşadığı ünvanda asılı vəziyyətdə aşkar edilib.

56 yaşlı qadının intihar etdiyi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

 

Xəbər xətti