Bakıda mənzildə qadın meyiti aşkarlanıb

20:11 - 5 İyun 2022 - HADİSƏ

Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1943-cü il təvəllüdlü Abdullayeva Tamara Hüseynağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti