Bakıda marşrut avtobusu qəza törətdi, xəsarət alanlar var - FOTO

13:38 - 5 İyun 2022 - HADİSƏ

Bu gün Bakıda marşrut avtobusu ağır qəza törədib.

"Qafqazinfo"nun məlumatına görə, Binəqədi rayonu 8-ci mikrorayon ərazisində - "Kəmalə Nərmin" şadlıq evinin yaxınlığında 71 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu yük maşınının qoşqusuna çırpılıb.

Nəticədə bir neçə nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti