Şəmkirdə iki qardaş özlərinə xəsarət yetiriblər

09:21 - 5 İyun 2022 - HADİSƏ

Şəmkir rayonunda iki qardaş kəsici alətlə özünə xəsarət yetiriblər. “Report”un məlumatına görə, Şəmkir rayon sakini, 1995-ci il təvəllüdlü Q. Həsənov və onun qardaşı 1997-ci il təvəllüdlü S.Həsənov qol nahiyəsindən kəsici alətlə özlərinə xəsarət yetiriblər. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların hansı səbəbdən özlərinə xəsarət yetirməsi isə hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti