Mayın 29-da Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Əliyev Ayxan Məhəmməd oğlunun axtarışları başa çatıb.
Bu barədə Ucnoqta.az-a FHN-dən məlumat verilib. Xəbərə görə, A.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 3 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.