Bakıda avtomobildə yanğın olub.
Ucnoqta.az FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda “Audi” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.