Qusar sakini intihar etdi

10:06 - 3 İyun 2022 - HADİSƏ

Qusar rayon sakini intihar edib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə iyunun 2-də rayonun Samur qəsəbəsində qeydə alınıb.

Belə ki, spirtli içki aludəçisi olmuş Ruslan Əhmətxanov yaşadığı evdə iplə özünü asıb.

Onun meyitini qapının çərçivəsinə bərkidilmiş mismardan asılı vəziyyətdə atası aşkarlayıb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti