Biləsuvarda bədbəxt hadisə baş verib.
"Report"un məlumatına görə, hadisə "Təyyarə meydanı" adlanan yaşayış ərazisində qeydə alınıb.
İlkin məlumata görə, ərazidə kanalizasiyada çalışan 2 fəhlə tullantılardan yaranan qaz nəticəsində zəhərləniblər. Onlardan biri vəfat edib, biri isə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.