Ötən gün 4 nəfər xilas edilib - FHN

11:05 - 2 İyun 2022 - Xəbər

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər, o cümlədən Kürdəmir rayonu, Qaraqocalı kəndində “Shacman” markalı yük avtomobili və “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində deformasiyaya uğrayan mikroavtobusda sıxılı vəziyyətdə qalan 1 nəfər xilas olunub, 1958-ci il təvəllüdlü Əşrəfov Əliman Vəzir oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti