"Whatsapp" mesajlaşma proqramı mesajları redaktə etmə funksiyasını təqdim etməyə hazırlaşır.
Ucnoqta.az "WABetaInfo"ya istinadən xəbər verir ki, Tvitter-də bu funksiya barədə 5 il əvvəl məlumat verilmişdi. Artıq tərtibatçılar göndərilən mesajları redaktə etmək funksiyası üzərində çalışırlar. Belə ki, qarşı tərəfə göndərilən mesajın mətnində sonradan dəyişiklik etmək mümkün olacaq.
WhatsApp eyni xüsusiyyəti iOS və Masaüstü üçün WhatsApp beta versiyasına gətirmək üçün çalışır və ətraflı məlumat daha sonra olacaq.
Qeyd edək ki, bu funksiya hazırlanma mərhələsindədir. Onun beta testerləri üçün nə vaxt olacağı barədə məlumat veriləcək.