Bakıda polis özünü maşında güllələdi

13:28 - 1 İyun 2022 - HADİSƏ

Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov bu gün təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb. “Polis əməkdaşı dərhal DİN-in Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq, vəfat edib. Allah rəhmət eləsin!” - məlumatda qeyd edilib.

Xəbər xətti