Ata beş yaşlı oğlunu maşınla vurdu

09:40 - 1 İyun 2022 - HADİSƏ

Abşeron rayonunda ata 5 yaşlı övladını avtomobillə vurub.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Vuqar Mehdiyev idarə etdiyi avtomobilini arxaya verərkən ehtiyatsızlıqdan 5 yaşlı oğlu Renat Mehdiyevi vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti