Azərbaycanda futbolçu faciəvi şəkildə öldü - FOTO

08:48 - 1 İyun 2022 - HADİSƏ

Masallının “Ərkivan” futbol klubunun futbolçusu Əliəkbər Əliyev faciəvi şəkildə həlak olub. Ucnoqta.az “qafqazinfo”ya istinadən xəbər verir ki, o, mayın 30-da Hişkədərə kəndində çayda boğularaq ölüb. Qeyd edək ki, Əliəkbər Əliyev 2006-cı ildə Masallının Hişkədərə kəndində anadan olub. Yeniyetmə futbolçu faciəvi hadisədən bir gün öncə “Balaxanı” futbol klubuna qarşı çıxış edib.

Xəbər xətti