Azərbaycanda tələbə qız itkin düşdü

11:10 - 31 May 2022 - HADİSƏ

Azərbaycanda yeniyetmə qız itkin düşüb.

16 yaşlı Məmmədova Sarat Ruslan qızı mayın 28-i kirayədə yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Bununla bağlı yeniyetmənin anası M. Məmmədova polisə məlumat verib.

S. Məmmədovanın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Qeyd edək ki, Sarat Məmmədova Azərbaycan Sənaye Texnikumunun 1-ci kurs tələbəsidir.///lent.az

Xəbər xətti