Mingəçevirdə 49 yaşlı qadın dəm qazından ölüb

19:08 - 30 May 2022 - HADİSƏ

Mingəçevirdə 49 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Hadisə şəhərin Nəriman Nərimanov küçəsi 30 /1 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində baş verib. Şəhər sakini 1973-cü il təvəllüdlü Mətanət Dadaşovanın meyiti hamam otağında aşkarlanıb. Qonşuların sözlərinə görə, qadın qeyd edilən ünvanda tək yaşayırmış.

Faktla bağlı araşdırma başlanıb hadisənin baş vermə səbəbləri araşdırılır.///apa

Xəbər xətti