Bakıda mənzildə 91 yaşlı kişi meyiti tapılıb

15:24 - 30 May 2022 - HADİSƏ

Bakıda mənzildə 91 yaşlı kişi meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1931-ci il təvəllüdlü Əliyev Yusif Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti